Bakıda soyğunçuluq edən şəxsi polis saxladı
22
noy
2025
16:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, naməlum şəxs gecə saat 03 radələrində zərərçəkmişə evinin qarşısında fiziki güc tətbiq edərək pul vəsaitini ələ keçirib.
Bu barədə vətəndaş polisə bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən, keçmişdə də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş 36 yaşlı S.Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...