Bakıda ŞOK OLAY - Maşınlara yumurta atıb, şüşəsilənləri qaldırdılar
Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən məhəllələrdən birində parklanmış avtomobillərə qarşı xoşagəlməz hadisə baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sakinlərin bildirdiyinə görə, hazırda məhəllədə saxlanılan bəzi avtomobillərə yumurta atılıb. Bundan başqa, bir neçə maşının şüşə siləcəklərinə də müdaxilə edildiyi qeyd olunub.
Məlumata əsasən, ərazi sakinləri əvvəllər məhəlləyə giriş və çıxışı nəzarətdə saxlamaq üçün şlaqbaum quraşdırıblar. Buna baxmayaraq, kənardan gələn və ya məhəllədə saxlanılan bəzi avtomobillərə qarşı bu cür hərəkətlərin davam etdiyi bildirilir.
BAKU.WS-in məlumatına görə, polis hadisə ilə bağlı araşdırma aparır.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Ukraynadakı azərbaycanlılar partlayışların episentrində: "Hər tərəfdə xaos var"
Son günlər Ukraynada yenidən alovlanan müharibə səbəbindən ölkədə yaşayan azərbaycanlılar da zərər görür. Həmyerlilərimiz Ukraynanın müxtəlif vilayətlərində və...