Bakıda şirniyyat mağazasında YANĞIN
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində mağazada olub.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 15kv.m. olan şirniyyat mağazasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mağazanın içərisində quraşdırılmış bir ədəd kondisioner və 2p.m. mətbəx mebeli yanıb.
Mağazanın böyük hissəsi yanğından mühafizə olunub.
Oxşar xəbərlər
İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb. BAKU.WS "Report"a istinadən xəbər veri...