Bakıda şagird sinif yoldaşını bıçaqladı

Bakıda şagird sinif yoldaşını bıçaqladı
Hadisə 857

Bakının 162 nömrəli tam orta məktəbinin 11 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə dərsdən sonra baş verib.

Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub, onun vəziyyəti ağır-sabitdir.

Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər