Bakıda şadlıq evinin yaxınlığında bıçaqlanma olub
24
yan
2023
13:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 38 yaşlı kişi bıçaqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə yanvarın 24-də saat 04 radələrində paytaxtın Nizami rayonu, “Nazlı” şadlıq sarayının yaxınlığında yerləşən yaşayış binasının giriş hissəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Mehdiyev Alim Şakir oğlu Zaur adlı şəxslə mübahisə edib. Daha sonra Zaur ona bir neçə bıçaq xəsarəti yetirib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Oğlan evli bacısı ilə İnstaqramda yazışan şəxslə görüşdü və... - Gəncədə şok olay
Gəncə şəhərində 1997-ci il təvəllüdlü Adil bacısı ilə sosial şəbəkə üzərindən yazışan Elmara (adlar şərti verilib - red.) xəsarət yetirib. BAKU.WS “teleqraf.com...