Bakıda sexdə baş verən partlayışda yaralanan daha bir nəfər ölüb
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğında ölənlərin sayı artıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə zamanı xəsarət alan 1996-cı il təvəllüdlü Rüstəmov Adil Aydın oğlu göstərilən tibbi yardımlara baxmayaraq yanvarın 20-də müalicə aldığı xəstəxanada ölüb.
Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10 çatıb.
Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir.
Qeyd edək ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Oxşar xəbərlər
Bakıda sexdə partlayışda ölənlərin adları açıqlanıb - SİYAHI
Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda ölənlərin adları açıqlanıb. BAKU.WS xəbər verir ki, Baş Prokurorluq və...