Bakıda sevgilisini öldürüb özünü güllələyən polis əməkdaşı öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qadını tapança ilə qətlə yetirərək, intihara cəhd edən polis əməkdaşı ölüb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, hadisə mayın 20-də günorta saatlarında Yasamal rayonunda baş verib. Polis əməkdaşı Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.
H.Həsənovun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi açılıb.
Oxşar xəbərlər
Bakıda polisin sevgilisini öldürməsinin təfərrüatları məlum olub - Hadisə yerindən GÖRÜNTÜLƏR
Mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı sevgilisini öldürərək intihara cəhd edib. BAKU.WS Trend-ə istinadən xə...