Bakıda SEVGİ DRAMI: Ayrılığa görə bıçağı qarnına sancdı
14
iyn
2024
16:57
Bakıda intihara cəhd olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu A.Nemətulla küçəsində qeydə alınıb.
44 yaşlı İ.Əhmədov özünü öldürmək üçün qarnına bıçaqla xəsarət yetirib.
Məlumata görə, hadisəyə sevgi münasibətləri səbəb olub.
İ.Əhmədov bir xanımla qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb. Sevgilisinin ondan ayrılacağı ilə bağlı verdiyi qərar İ.Əhmədovu sarsıdıb. Məhz bu səbəbdən o, intihara cəhd edib.
Onu da qeyd edək ki, hadisəni törədən zaman İ.Əhmədov sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli cinayət: Ata qızına əxlaqsızlıq etdi, oğlu isə... - ŞOK təfərrüat
Abşeron rayonunda 1964-cü il təvəllüdlü Muxtar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qızı Vüsaləni (adlar şərti verilib - red.) öldürüb. BAKU.WS...