Bakıda sərxoş kişi körpüdən yıxılıb

Bakıda sərxoş kişi körpüdən yıxılıb
Hadisə 53

Bakının Xətai rayonunda sərxoş kişi körpüdən avtomobil yoluna düşüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

1960-cı il təvəllüdlü Skrilnikov Aleksandr Alekseyevic sərxoş vəziyyətdə körpü üzərindən avtomobil şosesinə düşərək ağır xəsarət alıb.

O, bədənin müxtəlif sınıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər