Bakıda sərxoş sərnişin avtobusun şüşəsini sındırdı - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda ictimai nəqliyyatda xuliqanlıq hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 17-si saat 22:25 radələrində sərxoş vəziyyətdə olan sərnişin 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb. Belə ki, orta yaşlı şəxs avtobus Yasamal rayonu Tbilisi prospektində hərəkətdə olarkən qapıya yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanmasını tələb edib və şüşəni sındırıb.
Həmin şəxs avtobusdan düşərək heç nə olmamış kimi yoluna davam edib.
Məsələ ilə bağlı DİN-in "102" xidmətinə məlumat verilib. Faktla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır.
Hadisə anının görüntülərini təqdim edirik:

Oxşar xəbərlər
Terror qruplaşmasının fəaliyyətində iştirak edən şəxslər saxlanılaraq ölkəyə gətiriliblər
Terror qruplaşmasının fəaliyyətində iştirak edən şəxslər saxlanılaraq ölkəyə gətiriliblər. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mə...
