Bakıda sərnişin avtobusu HASARA ÇIRPILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində baş verib.
Belə ki, 197 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.
Baş vermiş hadisə ilə bağlı marşrut xəttinin sahibu "Transkontrol" MMC-dən fakt təsdiqlənib.
Qeyd olunub ki, hadisə bu gün səhər, təxminən saat 6 radələrində baş verib:
"Hadisə avtobus qrafikdə olmayıb. Avtobusun qarşısına qəfil minik maşını çıxıb, sürücü qəzadan yayınmaq istəyəndə nəqliyyat vasitəsi hasara çırpılıb. Xəsarət alan yoxdur, avtobusun ön hissəsinə maddi ziyan dəyib".
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...