Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü - FOTO

Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü - FOTO
Hadisə 197

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən “qafqazinfo”ya verilən məlumata görə, fevralın 8-i saat 07:15 radələrində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 132 nömrəli müntəzəm marşrut üzrə 10 TF 992 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

“Əhmədli” metro stansiyasından Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtobusun qarşısına çıxan piyada vurulub.

Hadisə ilə əlaqədar “Kral-Transport” MMC-nin direktoru Sərvər Əliyev agentliyə çağırılıb.

Qəza nəticəsində vəfat edən piyadanın təxminən 50 yaşlarında qadın olduğu bildirilir.

Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər