Avtobusun "KamAZ"la toqquşduğu qəzada xəsarət alanların səhhəti ilə bağlı TƏBİB-dən - AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xətai rayonunda sərnişin avtobusu ilə yük maşınının toqquşması zamanı xəsarət alan iki nəfər Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, xəsarət alanlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb:
“Digər yaralıya da ilkin tibbi yardım göstərilib, hazırda müayinə və müalicəsinə davam edilir”.
*** 15:06
Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.
Bu barədə görüntülər BAKU.WS-in "Qaynar xətti"nə daxil olub.
Hadisə bu gün Bakı Metropoliteninin "Əhmədli" stansiyasının yaxınlığında qeydə alınıb.
Qəza zamanı 57 nömrəli avtobus hərəkətdə olan zaman "KamAZ" markalı yük maşını ilə toqquşub.
Şahidlərin sözlərinə görə, qəza nəticəsində xəsarət alanlar var.
Həmin videonu təqdim edirik:
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...