Bakıda sayt rəhbəri narkotik satarkən tutuldu

Bakıda sayt rəhbəri narkotik satarkən tutuldu
Hadisə 2294
Bakıda sayt rəhbəri narkotik satarkən cinayət başında tutulub.BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, aprelin 30-dan mayın 1-nə keçən gecə Bakı Şəhər Baş Polis İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Bakupress.az” saytının rəhbəri Şəfəq Ağacan Nərimanov rayonu ərazisində qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb, Ş.Ağacan barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaq təcridxanasına köçürülüb.Qeyd edək ki, Ş.Ağacan 2016-cı ilin may ayında intihara cəhd edib və xeyli sayda dərman qəbul etmişdi. O zaman Nicat adlı şəxs tərəfindən şantaj oldunduğu üçün özünü öldürmək istədiyi haqda məlumatlar yayılmışdı.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda narkotik maddə satan “doktor” saxlanıldı – FOTO

Bakıda narkotik maddə satan “doktor” saxlanıldı – FOTO

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan “doktor” saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlu...

1961 Hadisə 16:50 29 aprel 2019

Son xəbərlər