Bakıda sayğac fırıldağı: Pulları götürüb aradan çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərində vətəndaşlara özünü "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı olaraq tanıdan və dələduzluq yolu ilə onların etibarından sui-istifadə edən şəxs barəsində cinayət işi başlanıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Sabirabad rayonundan olan 49 yaşlı Rüstəm Nəzərov qeyd olunan qurumda çalışdığını bildirərək, Abşeron rayonunun Məmmədli kəndində yeni inşa edilən mənzillərə qaz sayğaclarının quraşdırılmasını vəd edib.
Onun yalanlarına inanan zərərçəkmiş şəxslər Rüstəmə ümumi məbləği 6 400 manat təşkil edən vəsait ödəyiblər. Lakin R.Nəzərov sözügedən evlərə sayğac quraşdırılması üçün lazımi işləri görməyib və əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına sərf edib.
Aldadılmış vətəndaşların şikayətləri nəticəsində R.Nəzərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi açılıb.
Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılan qərara əsasən, təqsirləndirilən şəxsə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Oxşar xəbərlər
İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb. BAKU.WS "Report"a istinadən xəbər veri...