Bakıda saxlanılan Rusiya vətəndaşları ailə üzvləri ilə görüşüblər

Bakıda saxlanılan Rusiya vətəndaşları ailə üzvləri ilə görüşüblər
Hadisə 184

Bakıda saxlanılan Rusiya vətəndaşları ailə üzvləri ilə görüşüblər.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.

Qeyd edilib ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) tapşırığı ilə bu məsələ Milli preventiv qrupun nümayəndələrinin nəzərində saxlanılır.

"Bu qrup onların ailə üzvlərini aparatda qəbul edir, daxil olan müraciətlərə vaxtında və qanunvericilik çərçivəsində baxılır və icazə verilir, lazım olduqda yardım göstərilir. Onların yaxınları ilə növbəti görüşü bu günlərdə keçirilib", - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatından bildirilib.

Qeyd edək ki, "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İyulun 1-də isə Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb.

Oxşar xəbərlər

İtkin düşən balıqçıların axtarışı davam etdirilir

İtkin düşən balıqçıların axtarışı davam etdirilir

Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənov və 1997-ci...

36 Hadisə 23:00 13 dekabr 2025

Son xəbərlər