Bakıda sakinlər festival çərçivəsində binaya çəkilən açıq-saçıq şəkli sildirdilər - FOTO
27
sen
2019
15:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən həftə Azərbaycanda "Maiden Tower. To Be a Woman" ("Qız Qalası. Qadın olmaq") müasir incəsənət festivalı start götürüb.BAKU.WS xəbər verir ki, tədbirin təşkilatçısı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi olsa da, müxtəlif ölkələrin səfirlikləri ilə əməkdaşlıq edilib. Festivalın əsas mövzusu Azərbaycan qadınının azadlığının 100 illiyi ilə bağlı olub və dünyada qadınların roluna dəstək xarakteri daşıyıb. Qeyd edək ki, festival çərçivəsində isveçli strit-art rəssam Karolina Falkholtun Bakıdakı yerli kombinatların birində çəkilən əsəri yerli sakinlərin heç də ürəyincə olmayıb. 3-cü mikrorayon ərazisində çəkilən rəsm əsərinin müəyyən yerləri sakinlərin etirazından sonra rənglənib. Paytaxt sakinlərindən bir qrupu bununla bağlı yerli polis şöbələrinə də müraciət də edib.Xatırladaq ki, "Maiden Tower. To Be a Woman" festivalı çərçivəsində Bakının digər yerlərində də yaşayış binaları və digər obyektlərə maraqlı rəsmlər çəkilib. 


Orxan Hüseyn
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva Üzüm və Şərab Festivalında - FOTO
Avqustun 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxı rayonunun Meysəri kəndində keçirilən Azərbaycan Üzüm və Şərab Festivalı çərçivəsində...