Bakıda saçını rəngləyən oğlanı bıçaqladılar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bıçaqlanma hadisəsi olub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə iyunun 29-u saat 21:30-da paytaxtın Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini Abbasxan Hümbətov tanımadığı 2 nəfər tərəfindən bıçaqlanıb.
Bu barədə zərərçəkmiş özünün sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımda saçlarını mavi rəngə boyadığı üçün bıçaqlandığını iddia edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir: "Araşdırmaların sonunda ictimaiyyətə əlavə məlumat veriləcək".
Oxşar xəbərlər
"Akif Çovdarova dedim ki, səni elə kabinetində öldürəcəyəm..."
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə...