Bakıda restoranın reklam lövhəsi uçdu - Üzlük daşları yola dağıldı
20
iyl
2025
11:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən restoranlardan birinin reklam lövhəsi uçub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon Cavadxan küçəsi 37 ünvanında yerləşən "Melon lounge" restoranında baş verib.
Binanın üzərində quraşdırılmış lövhə təxminən 10 metr hündürlükdən qoparaq yerə çırpılıb. Binanın üzlük daşları da yola dağılıb.
Xoşbəxtlikdən ətrafda olan şəxslərdən heç kim xəsarət almayıb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...