Bakıda restorandan 35 min manatlıq oğurluq edilib
05
okt
2022
11:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Restorandan 35000 manatlıq oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, fəaliyyət göstərməyən bir restorandan 35.000 manat dəyərində 2 ədəd kondisioner, 32 ədəd qapı, 33 ədəd pəncərə, xalça və elektrik naqili oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri Mənsur Bədirov və Mübariz Əmiraslanov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Tovuzda Suvarma Sistemləri İdarəsi və fermadan oğurluq edilib
Tovuz rayonunda Suvarma Sistemləri İdarəsi və fermadan oğurluq olub. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bi...