Bakıda restoranda güclü yanğın baş verib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda restoranda güclü yanğın baş verib.
“Report” xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Belə ki, ümumi sahəsi 125 kvadrat metr olan restoranın 65 kvadrat metr ərazisi yanıb. İlkin məlumata görə, yanğın restoranın anbarından başlayıb.
Qalereya
Oxşar xəbərlər
Binəqədidəki partlayışla bağlı cinayət işi açıldı - FOTO/VİDEO - YENİLƏNİB
Bakının Binqədədi rayonunda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi açılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. “Bakı şəhər...