Bakıda restoranda gizli toy - 40 nəfər cərimələnib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Balaxanı qəsəbəsində yerləşən “Zəfər Qalası” restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, tədbir zamanı obyektin sahibi Ziyad Nuriyevin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Polislər tərəfindən mərasimin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Toy zamanı restoranda olan 40 nəfər barəsində inzibati protokol tərtib edilib. Ümumilikdə toyun keçirilməsində iştirak edən şəxslər 8000 manat məbləğində cərimələniblər.
Oxşar xəbərlər
Şadlıq evinə qəfil polis əməliyyatının GÖRÜNTÜLƏRİ - VİDEO
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulmasına səbəb olan toy mərasi...