Bakıda restoranda DJ bıçaqlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda insident zamanı bir nəfər bıçaqlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.
Belə ki, restoranda DJ kimi fəaliyyət göstərən Elşən Babayevlə müştəri arasında mübahisə baş verib.
Nəticədə E.Babayev bıçaqlanıb.
Yaralı Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisə yerində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
Oxşar xəbərlər
Lift müdirinin qızının keçmiş və yeni əri arasında QANLI DAVA: "Gəlməyən kişi deyil..."
Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının barələrində cinayət işi üzrə məhkəmə prosesi davam edib.BAKU.W...