Bakıda “Range Rover” 5 avtomobilə çırpılıb, xəsarət alan var - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Səbail rayonunda 6 avtomobilin toqquşması zamanı bir nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Murtiza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində qeydə alınıb.
Elvin İsmayılov idarəetməsində olan “Range Rover” markalı avtomobillə yol nişanının tələbinə əməl etməyərək Rauf Məmmədova məxsus “Toyoto” markalı nəqliyyat vasitəsinə çırpılıb.
“Toyoto” yol kənarında dayanan “Mitsibushi”, 2 “Hyundai” və “Porche” markalı nəqliyyat vasitələrinə çırpılıb. “Toyoto” markalı avtomobilin sürücüsü Rauf Məmmədov ağır bədən xəsarətləri alıb.
Ümumilikdə 6 avtomobilə ciddi ziyan dəyib.
Oxşar xəbərlər
Bakıda “Range Rover”lə qəza törədərək qaçan polis əməkdaşı həbs edildi
İyunun 12-də Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan şəxs tutulub.APA-nın məlumatına görə, iyunun 12-də Binəqədi qə...