Bakıda qumbara tapılıb - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Səbail rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Qalereya
Oxşar xəbərlər
Bakıda əl qumbarası tapıldı - FOTO/VİDEO
Bakıda əl qumbarası tapılıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar tel...