Bakıda quldurluq edən qadın saxlanılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonu, Hövsan qəsəbəsində qadına qarşı quldurluq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Zərərçəkən evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 200 manat pul və şəxsi sənədləri olan çantasını ələ keçirib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Hövsan qəsəbəsində yaşayan Şəhanə Nəbizadə saxlanılıb. O, ifadəsində qadını bankomatdan pul çıxaran zaman gördüyünü və onu izləyərək quldurluq etdiyini etiraf edib.
Araşdırma zamanı Şəhanə Nəbizadənin Hövsan qəsəbəsində bir mənzildən də məişət əşyaları oğurladığı məlum olub.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Şəhanə Nəbizadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
“Uşaq səndən deyil” sözünə görə hamilə arvadını dənizdə boğdu - İSTİNTAQ MATERİALLARI
2020-ci ilin avqustun 7-də 1986-cı il təvəllüdlü Anar Əhmədovun hamilə həyat yoldaşı Şəhanə Əhmədovanı dənizdə boğub öldürməsinin təfərrüatı məlum olub. BAKU.WS...