Bakıda qorxunc OLAY! - Təmirli binadan qopan beton parçaları yola düşdü - VİDEO

Bakıda qorxunc OLAY! - Təmirli binadan qopan beton parçaları yola düşdü - VİDEO
Video
Hadisə 406

Bakının Nərimanov rayonunda binadan beton qoparaq yola tökülüb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə, Nazim Hacıyev 34 ünvanında qeydə alınıb.

O da qeyd edilib ki, beton qəlpələrinin düşdüyü ərazi isə gün boyu çox işlək yoldur.

Şikayətçinin sözlərinə görə, yeni tikilib istifadəyə verilmiş binadan qopan ağır beton parçaları yola düşüb. Xoşbəxtlikdən xəsarət alan olmasa da baş verən hadisə piyadaları qorxuya salıb. Dərhal beton hissəciklər təmizlənərək götürülüb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Son xəbərlər