Bakıda qızını bıçaqlayan 69 yaşlı qadına şərti cəza verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən F.Vəliyevanın barəsindəki cinayət işinin bəzi detalları məlum olub.
BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, ona şərti cəza verilib.
İttihama görə, hadisə 14 yanvar 2026-cı il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində baş verib.
Belə ki, 1957-ci il təvəllüdlü F.Vəliyeva birlikdə yaşadığı övladı, zərərçəkmiş S.Kazımova ilə məişət zəminində mübahisə edib. Bu zaman təqsirləndirilən şəxs əvvəlcə taxta parçası ilə qızının baş nahiyəsinə zərbə vurub. Bundan sonra qadın evdə olan mətbəx bıçağından istifadə edib. O, həmin bıçaqla S.Kazımovanın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən zərbə endirib, müxtəlif xəsarətlər yetirib.
Hadisədən sonra F.Vəliyeva saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....