Bakıda qızıl alıb saxta pul ödədilər - 8000 manatlıq DƏLƏDUZLUQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qızıl satışı ilə məşğul olan mağazaya qarşı dələduzluq edilib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə mağaza sahibi İrfan Aşirov məlumat verib.
Sahibkar bildirilib ki, naməlum şəxslər qızıl almaq adı ilə sosial şəbəkə üzərindən onunla əlaqə yaradıb. Ondan alınacaq məhsulların ünvana çatdırılmasını xahiş ediblər. Planlanan görüş baş tutsa da ödəniş saxta pulla edilib:
"Görüş yeri olaraq Bakıda yerləşən yaşayış komplekslərindən biri seçilmişdi. Kuryer məhsulları təhvil verib, 8200 manat ödəniş alıb. Hələ üstəlik ödənişin qalığı olan 100 manat pulu da "alıcı"nın kartına atıb. Kuryer mağazaya çatanda başa düşdük ki, pullar saxtadır. Başa düşdük ki aldanmışıq. Hadisə ilə bağlı 27-ci polis bölməsinə kuryerlə birgə şikayət etmişik".
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...