Bakıda qəzada ölən şəxsin kimliyi məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, yanvarın 5-i saat 9 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini E.Qasımov idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən UAZ markalı avtomobilə vurub.
Nəticədə E.Qasımovun sərnişini olan qardaşı hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, UAZ markalı avtomobil Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsusdur.
Oxşar xəbərlər
Qəzada ölən qardaşlarının yasına gedən bacılar da qəzada öldü - VİDEO
Kürdəmirdə 4 nəfərin ölümü, 7 nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. BAKU.WS xəbər verir ki, Daxili İşlər Na...