Avtomobili vurub işıqfora çırpıldı, hadisə yerindən qaçdı

Avtomobili vurub işıqfora çırpıldı, hadisə yerindən qaçdı
Hadisə 62

Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində qəza törədərək əks istiqamətdə hərəkətdə olan avtomobilin sürücüsü saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə yolda olan avtomobili vurdu, sonra isə piyada svetoforunu yararsız vəziyyətə saldı.

Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada svetoforu sıradan çıxıb, digər nəqliyyat vasitəsinə zərər dəyib. Daha sonra minik avtomobilinin sürücüsü hadisə yerindən yayınmaqla əks istiqamətdə olan yolla hərəkət etməyə çalışıb. Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü məsuliyyətə cəlb edilib.

Oxşar xəbərlər

Son xəbərlər