Bakıda qəza törədən xanım sürücü huşunu itirib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda xanım sürücü qəza törədib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə ilə Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.
Qadın sürücü “KIA” markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib.
Nəticədə avtomobil yolayırıcındakı beton arakəsməyə çırpılıb.
Avtoqəza zamanı xanım huşunu itirib.
Sürücü əraziyə çağırılan təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı yolda sıxlıq yaranıb.
Qəzaya uğramış nəqliyyat vasitəsi evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib.
Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Qalereya
Oxşar xəbərlər
Sumqayıtda gənc oğlan mağazada işləyən qadınla münasibət qurdu, fotolarını isə... - Şok təfərrüat
Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Əsəd tanışı İlhaməni (adlar şərti verilib - red.) fotoları ilə şantaj edib. BAKU.WS Teleqraf.com-a istinadən bildirir k...