Bakıda qəza - 26 yaşlı gənc motosikletdə sıxılı vəziyyətdə qaldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1998-ci il təvəllüdlü Şahbaz Cəlilovun idarə etdiyi motosiklet binanın divarına çırpılıb və sürücü motosikletdə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər motosikletdə sıxılı vəziyyətdə qalan sürücünü xüsusi vasitələrlə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Oxşar xəbərlər
Yasamalda AĞIR QƏZA - Sürücü xilas edildi - VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobild...