Bakıda qeyri-adi qəza: Avtomobil hasarı yarıb xəstəxananın həyətinə düşdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərində qeyri-adi qəza baş verib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə Mirəsədulla Mirqasımov küçəsində qeydə alınıb.
Belə ki, avtomobilin sürücüsü idarəetməni itirərək hasarı aşırıb və Kliniki Tibbi Mərkəzin (KTM) həyətinə düşüb.
Qəza nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının qarşısı alınıb.
Qəzanın səbəbləri araşdırılır.
Hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu açıqlama verib.
O bildirib ki, hadisə bu gün səhər saat 7:20 radələrində baş verib:
“Belə ki, “Hyundai Sonata” markalı avtomobil sürət həddini aşaraq Kliniki Tibbi Mərkəzin hasarına çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Təcili yardım şöbəsində ona yardım edilib və həyatı təhlükəsi olmayıb. Həkim müayinəsindən sonra şəxs evə buraxılıb”.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...