Bakıda qəlibçi 9-cu mərtəbədən yıxılaraq ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Qəlibçinin yeni tikilən binadan yıxılaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Xətai rayon prokurorluğundan BAKU.WS-ə məlumat verilib.
Bildirilir ki, avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda fəhlə faciəli şəkildə öldü
Bakıda zavodda fəhlə yıxılaraq ölüb, cinayət işi açılıb. Bu barədə BAKU.WS-ə Binəqədi rayon prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, fevralın 4-ü saat...