Bakıda qəfildən elektrovozun qarşısına çıxan iki nəfər həyatını itirib
Oktyabrın 29-da saat 22:15-də "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər şəxs qəfil qatarın qarşısına çıxıb.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Stansiya əməkdaşları hadisə yerinə dərhal təcili yardım briqadası çağırsa da, hər iki şəxs aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
"ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi ciddi tövsiyə edir. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur", - deyə ADY bəyan edib.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Bakıda 18 min manatlıq dələduzluqda şübhəli bilinən iki nəfər saxlanılıb
Bakının Nəsimi rayonu ərazisində bir nəfər 18 400, digəri isə 100 manat dələduzluqda şübhəli bilinir. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat ver...