Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakının Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46C ünvanında fəaliyyət göstərən, "Pure Life" MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, qablaşdırma materiallarının, yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanılması, eləcə də işçi heyət üçün ayrıca sahələrin təşkil edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divar və tavanın tamlığının pozulduğu, qablaşdırma materiallarının yuyulması üçün asan təmizlənə bilən və gigiyenik tələblərə cavab verən yuma çanağının təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.
Yoxlama zamanı götürülən nümunələrin müayinəsi nəticəsində "Loğman" əmtəə nişanlı qablaşdırılmış təbii su və filtrdən keçən su nümunələrində mikrobioloji uyğunsuzluqlar aşkarlanıb.
Faktla bağlı, qanunvericiliyə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Oxşar xəbərlər
15 yaşlı övladını əxlaqsızlığa cəlb edən şəxsi döyən ana və qızı HƏBS OLUNDULAR
Şirvan şəhərində ictimai yerdə dava-dalaş salmış qadınlar həbs ediliblər. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şirvan Şəhər Məhkəməsinin hökmü ilə ş...