Bakıda qayda pozan zibil maşını AŞDI - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə qırmızı işıqda hərəkətin təhlükəsi ilə bağlı xəbərdarlıq edir.
Bu barədə BAKU.WS-ə Mərkəzdən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonu, Xocəsən yolu ilə Çingizxan küçəsinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi göstərdi ki, bu qəzanın qarşısını almaq üçün sadəcə svetoforun qırmızı işığında dayanmaq kifayət idi:
"Qaydaları pozan sürücülər yollarda real təhlükə yaradırlar. Nizamlanan yolayrıcına yaxınlaşarkən sürət həddi nizamlayıcının siqnallarına uyğun tənzimlənməli, sarı işıq yananda isə sürət azaldılaraq nəqliyyat vasitəsi tam dayandırılmalıdır.
Əks təqdirdə, sürücü gedişi başa çatdıra bilmir, qırmızı işıqda keçmək məcburiyyətində qalır və bu da qəzaların baş verməsinə səbəb olur.
Unutmayaq ki, belə qayda pozuntuları çox vaxt insanların xəsarət alması və ya həyatını itirməsi ilə nəticələnir".
Oxşar xəbərlər
Nəriman Həsənzadənin SON DURUMU
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, bu barədə şairin köməkçisi Arif Mehmandost bildi...