Bakıda qayda pozan yük maşının sürücüsü ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO
"Sürət, hərəkətə başlama və manevretmə qaydalarının pozulmasının nəticəsi qəzadır, son anda qəzadan yayınmaq isə ya olmur, ya da faydasız olur".
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat yayıb.
"Sürücülər bilməlidirlər ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsi sürücüdən hərəkətə başlamazdan əvvəl edilən manevrin təhlükəsiz olmasını və hərəkətin digər iştirakçıları üçün maneə yaradılmamasını tələb edir. Sürücülər də yaxşı bilirlər ki, sürətlə nəqliyyat vasitəsini idarə etmək ölüm və xəsarətlə nəticələnə bilər", - deyə məlumatda qeyd olunur.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə bu halları nəzərə almalarını tövsiyə edir: "Əks halda nəticələr ağır və qaçılmaz olacaq".
NİİM Mərdəkan yolunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
86 yaşlı kişi itkin düşüb
Salyan rayonunda 86 yaşlı sakin itkin düşüb. Bu barədə onun nəvəsi BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirib. Bildirilıib ki, 1940-cı il təvəllüdlü Nəs...