Bakıda qaşıq udan şübhəli şəxs qolu qandallı xəstəxanadan qaçıb

Bakıda qaşıq udan şübhəli şəxs qolu qandallı xəstəxanadan qaçıb
Hadisə 327

Bakıda polisin saxladığı şəxs qolu qandallı xəstəxanadan qaçıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə dekabrın 15-də baş verib.

Belə ki, Bərdə rayon sakini 36 yaşlı Sadıqov Elgün Şakir oğlu Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

O, idarənin müvəqqəti saxlama otağına aparılıb. E.Sadıqov çay içərkən qaşığı götürərək udub. Dərhal E.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Polis nəzarəti ilə o, həkim müayinəsindən keçib. Müayinə zamanı E.Sadıqov polisin diqqətindən yayınaraq xəstəxananın 4-cü mərtəbəsindən əlində qandal pəncərəni qıraraq qaçıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı E.Sadıqov yaşadığı ünvanda aşkarlanıb.

Məlum olub ki, saxlanılan şəxs yaşadığı evə gedərək orada yatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda üstündə tapança gəzdirən şəxs saxlanıldı – FOTO

Bakıda üstündə tapança gəzdirən şəxs saxlanıldı – FOTO

Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həya...

1133 Hadisə 15:05 19 fevral 2019

Son xəbərlər