Mingəçevirdə 8 yaşlı oğlanı zorladılar
Mingeçevir şəhərində 8 yaşlı oğlan narkotik aludəçisi olan şəxs tərəfindən zorlanıb.
BAKU.WS xəbər verir ki, "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin M.Maqomayev prospektində yerləşən 73 saylı binanın zirzəmisində baş verib.
Belə ki, təqribən 35-38 yaşlarında olan Ağali Sadıqov 8 yaşlı qonşusunu aldadaraq zirzəmiyə aparıb və onu zorlayıb.
Hadisə şahidləri bu barədə zərərçəkənin yaxınlarına məlumat verdikdən sonra uşaq hər şeyi valideynlərinə danışıb.
Narkotik aludəçisi olan A.Sadıqov hadisə barədə başqalarının xəbər tutmasından sonra qaçıb gizlənməyə çalışıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Sadıqov saxlanılaraq istintaqa cəlb olunub.
İlkin araşdırmalar zamanı onun dəfələrlə azyaşlını cinsi istismara məruz qoyaraq zorladığı məlum olub.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, A.Sadıqov həyat yoldaşından boşanıb və iki uşağı var.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda xəstəxanada dava: təcili tibbi yardım işçisinin burnunu qırdılar (VİDEO)
Dəm qazından boğulan uşağını təcili tibbi yardım stansiyasına gətirən valideyn qəzəbli halda təcili yardım avtomobilinin sürücüsünü döyüb. Xezerxeber.az məlum...