Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilənin məhkəmə istintaqı yekunlaşdı

Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilənin məhkəmə istintaqı yekunlaşdı
Hadisə 39

Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilənin vəkili müvəkkili barədə psixiatrik ekspertizanın təyin edilməsi barədə vəsatət verib.

Vəsatətin təmin edilməyib.

Vəkilin növbəti vəsatəti isə qətldə istifadə olunan bıçağın soyuq silah olub-olmaması ilə bağlı məhkəmə kriminalistik ekspertizanın təyini ilə bağlı olub. Vəkilin bu vəsatəti də təmin edilməyib.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Növbəti proses aprelin 13-nə təyin edilib.

Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

20 yaşlı Yasin İbadov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub.

B.İbadova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər