Bakıda qardaş bacısını BIÇAQLADI
Bakıda qardaş bacısını bıçaqlayıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Zığ yolu küçəsində baş verib.
Məhəmməd Rövşən oğlu Həsənov mübahisə zamanı bacısına bir neçə bıçaq zərbəsi vuraraq, ağır xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, dekabrın 6-da saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində paytaxt sakini 26 yaşlı A.Həsənovaya kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı M.Həsənov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Türkiyədə dəhşətli hadisə - Nəvə 93 yaşlı nənəsini döyərək öldürdü
İstanbulun Arnavutköy rayonunda 93 yaşlı qadın nəvəsi tərəfindən qətlə yetirilib. BAKU.WS xəbər verir k, hadisəni törətməkdə şübhəli nilinən Volkan G. nənəsini...