Bakıda qaraj və içərisində minik avtomobili yanıb
03
mar
2024
18:43
Bakıda yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 kvadratmetr olan qarajın yanar konstruksiyaları və içərisində olan “Changan” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Lənkəranda qaraj və içərisindəki maşın yandı
Lənkəranda qaraj və içərisindəki maşın yanıb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Lənkəran şəhərinin Bola...