Bakıda qapısı açıq sürülən avtobus təhlükə saçdı
20
iyn
2025
09:51
Bakıda 160 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarlardan şikayət var.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
İddia edilir ki, həmin avtobuslarda hələ də kondisionerlər qoşulmayıb. Üstəlik sürücülər nəqliyyat vasitəsini qapısı açıq formada idarə edirlər.
"Bu barədə dəfələrlə şikayət etmişik, lakin baxan olmayıb. Magistral yolda avtobus qapısı açıq vəziyyətdə sürüldükdə təhlükə yaranır. Ara yollarda isə tozdan dayanmaq olmur", - deyə şikayətçi bildirib.
Hadisə ilə bağlı videonu təqdim edirik:
Oxşar xəbərlər
Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı
Ötən gün Goranboy rayon sakini, 32 yaşlı şəxsin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. BAKU....