Bakıda qadının soyğunçuluq yolu ilə 7 min manat pulu ələ keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda evdə soyğunçuluq hadisəsi olub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 2-də Bakı şəhər sakini A.Güvəndikova Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edib, cari il yanvarın 7-də Binəqədi qəsəbəsində yaşadığı evdən 7 000 manat dəyərində qızıl əşyaların F.Fərəcli adlı tanışı tərəfindən soyğunçuluq yolu ilə aparılmasını bildirib.
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini F.Fərəcli saxlanılıb.
Oxşar xəbərlər
Gözəllik salonlarına qənim kəsilən yeniyetmələr tutuldu - FOTO
Mənzillərə zirzəmilərdən daxil olaraq çoxsaylı oğurluqlar edən şəxs, həmçinin gözəllik salonları və tibb müəssisələrini qarət edən yetkinlik yaşına çatmayan iki...