Bakıda qadını yandıran şəxsdən YENİ XƏBƏR
13
sen
2019
16:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qadının üzərinə neft tökərək yandırmaqla qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Qabil Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.Hakim Bəxtiyar Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.Qeyd edək ki, hadisə bu il fevralın 21-i saat 19:40-da Nobel prospektindəki evlərdən birində baş verib.Məlumata görə, 33 yaşlı Q.Tağıyev 41 yaşlı Rübabə Nuriyevanın üstünə kerosin töküb və ona od vurub. Xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib.Hadisə yerindən qaçan Q.Tağıyev isə bir gün sonra Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Onun zərərçəkmişin dostu olduğu, tüfeyli həyat tərzi keçirdiyi, cinayət baş verən zaman hər iki şəxsin sərxoş olduğu məlum olub.Q.Tağıyevə Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərərvurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
Bakıda TRAGİKOMİK CİNAYƏT - Kişini fahişəlik etməyə məcbur etdilər
Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham olunan Qalası Nuriyev və Nazim Babayevin...