Bakıda qadından 13 minlik cinayət

20
dek
2019
12:37
Bakının Xətai rayonunda bir neçə oğurluğun üstü açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
Verilən məlumata görə, əməliyyat Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat zamanı R.Ramazanova saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş R.Ramazanovanın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 6000 manat və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Oxşar xəbərlər
Bakıda ticarət mərkəzində oğurluq edən qadın saxlanıldı
Bakıda ticarət mərkəzində oğurluq edən qadın saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS məlumat verilib. Belə ki, oğurluq...