Bakıda qadına mesaj yazan polis işdən çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyində (DİN) paytaxt ərazisində qadının polis əməkdaşı - Zahir Abbasov tərəfindən şəxsi məlumatlarının əldə edilməsi ilə bağlı aparılan araşdırma yekunlaşıb.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, araşdırma nəticəsində Z.Abbasov Daxili İşlər orqanlarından xaric edilib.
DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı qadın sosial şəbəkədə metronun “Koroğlu” stansiyasındakı keçiddən çıxarkən Z.Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona “messenger” vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazdığını bildirib. Qadının şikayətindən sonra DİN araşdırmalara başlamışdı.
Oxşar xəbərlər
17 yaşlı gəlin bakirə çıxmadı və... - Azərbaycanda toy günü biabırçılıq
Ucarda qəsdən adam öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Sadiq Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) c...