Bakıda qadın ürəyindən bıçaqlandı, evdəki "müalicə" xeyir etmədi
Bakıda qadın bıçaqlanıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Rahim Rəhim oğlu Səfərov faktiki nikah münasibətində olduğu Mehriban Ramiz qızı Abbaszadə ilə mübahisə edib.
Mübahisə nəticəsində R.Səfərov həyat yoldaşını ürəyindən bıçaqlayıb. O, Mehriban Abbaszadəni həkimə aparmadan, kirayə yaşadığı həmin mənzildə ona tibbi yardım göstərsə də, bir müddətdən sonra yaralının vəziyyəti pisləşib. O, məcburiyyət qarşısında həyat yoldaşını Sabunçu Tibb Mərkəzinə yerləşdirib.
Rahim Səfərov şübhəli şəxs qismində tutulub.
Oxşar xəbərlər
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü eyni əmələ görə YENİDƏN SAXLANILDI
Paytaxt sakini Elyar Veyisov idarə etdiyi "Toyota" markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfin...